Qadin.NET / Nazirlikdən “Son zəng”ə pul yığılması xəbərinə reaksiya

Nazirlikdən “Son zəng”ə pul yığılması xəbərinə reaksiya

Nazirlikdən “Son zəng”ə pul yığılması xəbərinə reaksiya

Təhsil Nazirliyindən “Son zəng” tədbirləri ilə bağlı açıqlama veriblər. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-in sorğusuna cavab olaraq bildiriblər ki, bu il məktəblərdə “Son zəng” tədbirləri keçiriləcək: “Hər il olduğu kimi, bu il də məktəblərdə son zəng tədbiri keçiriləcək”,- deyə Nazirlikdən sorğumuza cavab veriblər. Nazirlikdən həmçinin “Son zəng” tədbirləri ilə əlaqədar olaraq məktəblərdə əlavə pulların yığılması məsələsinə də aydınlıq gətiriblər: “Həmin tədbir üçün pul yığılmasına gəlincə isə, məktəblərdə hər hansı bir məqsədlə pul yığılması qadağan olunub”. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bu il Bakıdakı ümumtəhsil məktəblərini bitirəcək məzunların sayı ilə bağlı açıqlama da veriblər. İdarənin İctimaiyyətlə Əlaqələr sektorundan bildiriblər ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinə tabe olan ümumtəhsil məkətəblərini bu il 20410 nəfər şagird bitirir. İdarənin İctimaiyyətlə Əlaqələr sektorundan həmçinin bildiriblər ki, birinci sinifə gedən uşaqların sayı ancaq qəbul tam bitdikdən sonra bilinəcək.
İdarədən “Son zəng” tədbirləri hansı tarixdə keçiriləcəyi məsələsində aydınlıq gətiriblər. Bildirilib ki, “Son zəng” bununla bağlı müvafiq əmr olduqdan sonra dəqiq tarix açıqlanacaq. Qeyd edək ki, Təhsil Nazirliyindən yeni dərs ilinin başlayacağı tarix ilə bağlı açıqlama veriblər. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-in sorğusuna cavab olaraq bildiriblər ki, yeni dərs ilində dərslər sentyabr ayının 15-də başlayacaq. Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, dərs ilinin vaxtının uzadılması məsələsinə hazırda baxılır: "Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək",- deyə Nazirlikdən sorğumuza cavab veriblər.
Mənbə:Anspress.com

9 may 2014
GO BACK