Qadin.NET / Gün var, əsrə bərabər: Ötənləri yada salaq

Gün var, əsrə bərabər: Ötənləri yada salaq

Milli.Az anspress-ə istinadən mayın 9-da baş verən əlamətdar hadisələrə nəzər salır.

Miladi: 09 may 2014
Hicri: 10 rəcəb 1435
İlin 129-ci günü
İlin sonuna 236 gün qalır

 Bu günün namaz vaxtları 
Fəcr - 05.11
Günəş - 06.31
Zöhr - 13.41
Əsr - 18.10
Məğrib – 20.57
İşa – 22.30
1712-ci ildə Tula silah zavodunun bünövrəsi qoyulub
1873-cü ildə ingilis arxeoloqu Hovard Karter dünyaya gəlib.
1913-cü ildə “Fantomas” filmi ilk dəfə ekrana çıxarılıb.
1925-ci ildə geoloq-neftçi, professor, geologiya-mineralogiya elmləri doktoru, Azərbaycanın əməkdar geoloqu Nüsrət Xəlilov anadan olub.
1930-cu ildə məşhur idmançı Ələkbər Məmmədov anadan olub.
1940-cı ildə amerikalı rejissor Ceyms Bruks dünyaya gəlib.
1945-ci ildə Berlinə daxil olan sovet qoşunları alman faşistləri üzərində qələbə çalıb.
1962-ci ildə rus rejissoru Valeri Todorovski anadan olub.
1967-ci ildə ABŞ-ın Vyetnamda apardığı müharibənin “Quran”a zidd olduğunu hesab edərək bu ölkədə əsgərliyə getməkdən imtina edən boksçu Məhəmməd Əlinin dünya çempionu titulu əlindən alınıb. 
1967-ci ildə rus aktyoru Fyodor Bondarçuk anadan olub.
1987-ci ildə Polşa hava yollarına aid Varşava-Nyu-York reysi ilə hərəkət edən sərnişin təyyarəsi havaya qalxdıqdan sonra qəzaya uğradı və nəticədə 183 nəfər həlak oldu.
2000-ci ildə vəzifəsindən ayrılarkən 80-ə yaxın ölkə rəhbərinə vida məktubu yazan Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl Bəşər Əsəd, Müəmmər Qəzzafi, Səddam Hüseyn, Miloşeviç və Pərviş Müşərrəfi bu siyahıya daxil etmədi.

 2003-cü idə Azərbaycan Respublikası Haiti ilə diplomatik əlaqələr qurub. 
2004-cü ildə Çeçenistanın keçmiş prezidenti Əhməd Əbdülhəmid oğlu Kadırov öldürülüb.

Mənbə:Milli.Az

 

9 may 2014
GO BACK