Qadin.NET / Qələbə günü Azərbaycanda hava necə olacaq?

Qələbə günü Azərbaycanda hava necə olacaq?

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq.Temperaturun gecə 11-15°, gündüz 22-27° isti, Bakıda gecə 13-15°, gündüz 24-26° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 762 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 45-55 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var.Temperaturun gecə 11-16°, gündüz 27-32°, bəzi yerlərdə 34° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 5-10°, gündüz 20-25° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 11-16°, gündüz 25-30°, bəzi yerlərdə 32° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 10-15°, gündüz 24-29° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 13-17°, gündüz 27-32°, bəzi yerlərdə 34° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq.
Temperaturun gecə 13-17°, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 20-25° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz 
Yaxın iki gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Mənbə:Milli.Az
9 may 2014
GO BACK