Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi Krımda və Sevastopolda əhaliyə kömək üçün ünvanlı ərzaq yardımı proqramının tətbiqini təklif edir. ANS PRESS-in məlumatına görə, belə olan halda aztəminatlı və təminatı olmayan vətəndaşlar talon vasitəsi ilə ərzaq yardımları ala biləcəklər.Nazirlikdən bildiriblər ki, bu məqsədlə Krım və Sevastopol kartof istisna olmaqla , buğda, tərəvəz, balıq, çörək və bulka məmulatları ilə təmin olunub. Ərzaq və və digər tələbat mallarının verilməsi Krımın Şimal kanalından gələn su boşdayanmalara görə dayanır. Belə ki, torpaqlar vaxtında suvarılmasa, o zaman kənd təsərrüfatı sahəsində defisit yaranacaq. Su olmaması səbəbindən kənd təsərrüfatının təminatı və torpaqların əkilib becərilməsi üçün lazım olan buğda və digər məhsulların əhaliyə verilməsi ləngidilir. Rusiyanın sənaye və ticarət naziri Ukrayna və Rusiya arasında ticarət mallarının gətirilməsi və təchizatı ilə məşğul olan şəxslərlə əlaqələr də qurmağa başlayıb ki, gələcəkdə Krımda ərzaq problemi yaranmasın. Yeni proqram baş tutacağı təqdirdə, aztəminatlı ailələr məhsulları talonla alacaqlar.