Qadin.NET / Suxarı yedilər, zəhərləndilər

Suxarı yedilər, zəhərləndilər

 

Suxarı yedilər, zəhərləndilər

Azərbaycanda orta məktəbdə kütləvi zəhərlənmə baş verib.Tovuz rayonunun Vahidli kəndində orta məktəbdə uşaqlar arasında zəhərlənmə baş verib. Zərərçəkənlərin valideynlərinin verdiyi məlumata görə, 7 uşaq məktəbdə suxarı yedikdən sonra onlarda ürəkbulanma, qusma halları baş verib. ANSS PRESS Kəpəz TV-yə istinadən xəbər verir ki, dərhal Tovuz Mərkəzi rayon Xəstəxanasına çatdırılan şagirdlərə tibbi yardım göstərilib. Onlardan 2-nə, 9 yaşlı Murad Hacıyev və 10 yaşlı Yəhya Hacızadəyə vəziyyətləri daha ağır olduğu üçün sistem köçürülüb. Tovuz Mərkəzi Rayon Xəstəxanasının həkimi Aybəniz Dəmirovanın verdiyi məlumata görə, hazırda xəstələrin vəziyyəti normaldır.

Mənbə:Anspress.com

 

8 may 2014
GO BACK