Qadin.NET / "Ağıllı" telefondan ağlasığmaz partlayış

"Ağıllı" telefondan ağlasığmaz partlayış

 

"Ağıllı" telefondan ağlasığmaz partlayış

Samsungun "ağıllı" telefon "Galaxy S2" qızın cibində partlayıb. ANS PRESS-in məlumatına görə, Qazaxıstanda kiçik bir qızın cibində Samsung "Galaxy S2"nin partlaması insanları qorxuya salıb. Ayağı son dərəcə ağır şəkildə yanan gənc qızın ölümcül bir yarası olmasada, ayağındakı yara dərisinə zərər vurub. Ariana Aitzhan adlı qız evlərinin bağçasında oturarkən birdən qışqıraraq yerə yıxılıb. Səsi eşidən qızcığazın ailəsi isə bağçaya çıxdığında qızın yerdə yatdığını və yanındakı yoldaşlarının isə şokda olduğunu görüblər. Qızın cibindəki telefonun partladığını görən ailəsi qızı dərhal xəstəxanaya aparıblar. Ancaq valideynlər balaca qızın ayağında ağır yanıq izləri meydana gəlməsinin qarşısnı ala bilməyiblər. Samsung şirkətinin səlahiyyətliləri isə ailəyə təzminat ödəməyi və qızın plastik cərrahı xərclərini ödəməyi qəbul edib. Ancaq dünya indi problemin səbəblərini və digər telefonların da partlayıb-patlamayacağı ilə maraqlanır.

Mənbə:Anspress.com

 

9 may 2014
GO BACK