Qadin.NET / Bu da konsept Ford Everest - FOTO

Bu da konsept Ford Everest - FOTO

 

Bu da konsept Ford Everest - FOTO

 

Konseptual yolsuzluq avtomobili “Ford Everest” keçən il Avstraliyada keçirilən sərgilərdən birində debüt etdi. Onun seriya versiyasını isə konsern Çinin ixtiyarına verməyi planlaşdırır. Avtomobil həmçinin Çinin ərazisində buraxılacaq. Milli.Az auto.az-a istinadən bildirir ki, gözlənildiyi kimi, yeddinəfərlik yenilik üç güc qurğusundan ibarət mühərrik qamması əldə edəcək. Bura ikilitrlik benzin turbomühərriki, 2,5 litr həcmli “atmosferlik”, və 2,4 litrlik turboyükləyicili dizel mühərriki daxil olacaq. “Ford”-da “Everest”-i təsiredici yolsuzluq imkanları ilə təchiz etməyə hazırlaşdıqları üçün o tam ötürücü sistemi də əldə edəcək. “Ford”-un Çin filialı “Ford Everest” konseptinin seriyalı versiyasını bir ildən sonra – 2015-ci ilin mayında nümayiş etdirməyi planlaşdırır. Yolsuzluq avtomoblinin istehsalı ilə “Ford China” və “Jiangling Motors” yerli konserninin birgə müəssisəsi məşğul olacaq. Onun qiyməti 40-dan 60 min dollaradək olacaq ki, bu da yerli ölçülərə görə heç də ucuz deyil.“Ford Everest”-in hazırki nəsli Asiyanın bəzi bazarlarında, həmçinin Avstraliyada və Cənubi Amerikada satılır. Bəzi məlumatlara görə 2016-cı ildən yolsuzluq avtomobilinin istehsalı dayanacaq. Lakin onun yerinə hansı modelin gələcəyi hələlik məlum deyil. “Ford Everest”-in yeni nəsli yalnız Çin alıcıları üçün əlverişli qala bilər.

 Mənbə:Milli.Az

 

 

Bu da konsept Ford Everest - FOTO

 

9 may 2014
GO BACK