Qadin.NET / Azərbaycanda özəl universitetlərdə jurnalistika ixtisası üzrə tələbə qəbulu aparılmayacaq

Azərbaycanda özəl universitetlərdə jurnalistika ixtisası üzrə tələbə qəbulu aparılmayacaq

2014-2015-ci il tədris ili üçün özəl universitetlərdə jurnalistika fakültəsinə qəbulla bağlı açıqlama yayıb. Milli.Az bildirir ki, Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, 2014-2015-ci tədris ili üçün heç bir özəl ali təhsil müəssisəsinə jurnalistika ixtisası üzrə tələbə qəbulu planlaşdırılmayıb. Nazirlik Azərbaycanda təhsil alan Türkiyə vətəndaşlarının sayını da açıqlayıb. Belə ki, Azərbaycanda təhsil alan 4961 əcnəbi tələbədən 2663-ü Türkiyə vətəndaşıdır. Türkiyə vətəndaşlarından bakalavriat təhsil səviyyəsi üzrə təhsil alan tələbələrin sayı 2050, magistratura səviyyəsi üzrə təhsil alan tələbələrin sayı 174, doktorantura səviyyəsi üzrə təhsil alan tələbələrin sayı isə 104-dür. Azərbaycan Respublikası ərazisində Türkiyə vətəndaşlarının təhsil aldıqları ixtisaslar müxtəlifdir. Bunlara humanitar və sosial sahələr, memarlıq və inşaat, Tibb, Mühəndislik, İqtisadiyyat və idarəetmə daxildir. Azərbaycanda Türkiyə vətəndaşlarının təhsil aldıqları universitetlərin sayına görə sıralanması aşağıda qeyd olunub: Azərbaycan Memarlıq və İnşaat Universiteti - 628, Azərbaycan Tibb Universiteti - 413, Bakı Dövlət Universiteti -335, Qafqaz Universiteti - 299, Naxçıvan Dövlət Universiteti - 277.

Azərbaycan ali təhsil müəssisələrində əcnəbi vətəndaşlara yaradılan şərait Azərbaycan vətəndaşlarına yaradılan şəraitlə eyni səviyyədədir. Onların ali təhsil müəssisəsinin kitabxana, idman kompleksi, tibbi və digər xidmətlərdən istifadə etmək hüquqları var.
Mənbə:Milli.Az
9 may 2014
GO BACK