Qadin.NET / Şuşa yerindədir, sadəcə Şuşa sakinləri müvəqqəti olaraq yerini dəyişib

Şuşa yerindədir, sadəcə Şuşa sakinləri müvəqqəti olaraq yerini dəyişib

 

Şuşa yerindədir, sadəcə Şuşa sakinləri müvəqqəti olaraq yerini dəyişib

 

"Mən 22 il Şuşasız fikri ilə razı deyiləm. Gənc nəsil bunu düzgün anlamayıb başqa cür qəbul edə, onlara pis təsir edə bilər. Şuşa yerindədir, sadəcə Şuşa sakinləri müvəqqəti olaraq yerini dəyişib". Trend xəbər verir ki, bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 22-ci ildönümü ilə əlaqədar bu gün Bakıda Muğam Mərkəzində keçirilən anım tədbirində bildirib. Onun sözlərinə görə, Şuşanın 22 il öncə erməni faşizmi və onun himayədarları tərəfindən işğal edilməsi yalnız müvəqqətidir. Şuşanı yaddan çıxarmaq mümkün deyil.

Ə.Həsənovun fikrincə, Şuşa təkcə şuşalıların məskəni deyil, bütün türk və müsəlman dünyası üçün müqəddəs yerdir.

Mənbə:Trend.az

8 may 2014
GO BACK