ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Türkiyədə yeni "Star" neft emalı zavodunun (NEZ) tikintisi layihəsi çərçivəsində maliyyə institutları ilə ümumi məbləği 3,5 mlrd. dollar olan kredit sazişi imzalayıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Hürriyyət" qəzeti yazır. Bununla bərabər, borcun ümumi həcmindən 3 milyard dollar ixrac-idxal banklarının (İspaniya, İtaliya, Yaponiya, ABŞ və Koreya Respublikası) və 15 xarici kommersiya bankının payına düşüb. Türkiyənin "Garanti Bankası" 500 milyon dollar kredit verəcək. Kredit resursları 18 il müddətinə ayrılacaq. Zavodun 2018-ci ildə istismara verilməsi planlaşdırılır.
Bu layihənin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən artıq 475 milyon dollar ayrılıb. ARDNŞ-nin Türkiyədəki NEZ layihəsinin ümumi dəyəri 5 milyard dollardan çoxdur.
Mənbə:Trend.az