Qadin.NET / Azərbaycanda bazar rəhbəri cəzalandırıldı

Azərbaycanda bazar rəhbəri cəzalandırıldı

 

Azərbaycanda bazar rəhbəri cəzalandırıldı

Zaqatala şəhəri, Xətai küçəsi 5 ünvanında yerləşən "Zaqatala bazar-2" açıq tipli səhmdar cəmiyyətində dövlət nəzarəti tədbirləri həyata keçirilib.  Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, araşdırmalar zamanı müəyyən olunub ki, bazarda mənşəyi bilinməyən, gigiyenik və uyğunluq sertifikatları olmayan məhsullar satılır. Həmçinin, bazarda istismar olunan ölçmə vasitələrinin müqayisəli dövlət yoxlamasından keçirilmədiyi, ət məhsullarının satışı üçün ayrılmış sektorun natəmiz saxlanıldığı aşkar edilib. Bundan başqa kənd təsərrüfatı məhsullarının yerə düzülərək natəmiz şəraitdə, şirniyyat, ət və süd məhsullarının anti-sanitar vəziyyətdə və saxlanma rejiminə əməl olunmadan üstü açıq şəkildə satıldığı müşahidə edilib. Aşkar olunmuş bu və digər nöqsanların aradan qaldırılması ilə bağlı bazar rəhbərliyinə iradnamə verilib, istifadə olunan ölçmə vasitələrinin istismarı və mənşəyi məlum olmayan məhsulların satışı qadağan edilib, inzibati xəta haqqında protokol tərtib olunub.

Mənbə:Anspress.com

 

8 may 2014
GO BACK