"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil ilə bağlı aparılan islahatların davamı olaraq Proqram təqaüdçülərinin illik qeydiyyat formasında dəyişiklik edilib. Təhsil Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 27 noyabr tarixli, 261 nömrəli qərarı ilə təsdiq edilmiş Təhsil Nazirliyi ilə Dövlət Proqramı təqaüdçüsü arasında bağlanmış müqavilənin 2.3.6-cı bəndinə uyğun tədris ili bitdikdən sonra 20 (iyirmi) təqvim günü ərzində illik tədrisin nəticələrinə dair rəsmi çıxarışlarla elektron qaydada hesabat təqdim edərək qeydiyyatdan keçməlidir.
Qeydiyyatla bağlı tələb olunan sənədlər və s. barədə aşağıdakı linkdən tanış ola bilərsiz:
http://xaricdetehsil.edu.gov.az/c-dptelebesi/qeydiyyat/
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrasının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar gələcəkdə də davam etdiriləcək.