Qadin.NET / Burnunuzu kəsirsiniz, yoxsa səsinizi?

Burnunuzu kəsirsiniz, yoxsa səsinizi?

 

Burunda aparılan plastik əməliyyat səsi dəyişə bilir. Məşhəd Universitetinin həkimi Kamran Xazeni deyir ki, bəzən pasiyentlərin səsi dəyişir, amma nitqin keyfiyyəti itmir. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, alimlər 27 nəfərin səs dəyişməsini öyrəniblər. Bunların 22-si qadın, 5-i kişi olub, orta yaş isə 24 olub. Pasiyentlərin 22%-inin peşəsi səslə bağlı imiş və bu səsdən səsin keyfiyyəti onlar üçün çox vacib olub. Tədqiqatın iştirakçılarının səsini yoxlamaq üçün alimlər "dinləyici qrupu" toplayıblar. Rinoplastikadan sonra pasiyentlər onların qarşılaşdıqları problemləri əks etdirən anketi doldurublar. Üstəlik, onların səsi əməliyyatdan əvvəl və sonra yazılıb. Anketdən məlum olub ki, pasiyentlərdə doğrudan da problemlər yaranıb, əsasən də öz səslərini qəbul edə bilməyənlər buna emosional reaksiya veriblər. Xüsusi yığılan "dinləyici" qrupu da audioyazıları dinləyərək burnunda əməliyyat edilən adamların səslərinin dəyişdiyini təsdiq ediblər. Onlar qeyd ediblər ki, əməliyyatdan sonra adamların əksəriyyəti burnunda danışır. 

Mənbə:Milli.Az

 

8 may 2014
GO BACK