Ağzı yaxalamaq insult və ürək tutması yaradır. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, ağız yaxalanarkən qan damarlarını genişlədən bakteriyalar ölür. Nəticədə isə qan təzyiqi yüksəlir. Kraliça Mariya Universitetinin mütəxəssisləri müşahidə ediblər ki, antiseptik effektli vasitədən istifadə etməklə ağız yaxalandıqdan bir neçə saat sonra qan təzyiqi yüksəlir. Sağlam olan (yəni qan təzyiqi ilə problemi olmayan) və gündə iki dəfə ağzını yaxalayan 19 nəfər üzərində təcrübə aparılıb. Onların təzyiqi gün ərzində 2-3,5 punkt qalxıb. Təzyiq 2 punkt qalxdıqda ürək xəstəliklərindən ölüm riski 7, insultdan (beynə qan sızması) ölüm riski isə 10% artıb. Təcrübə zamanı istifadə olunan vasitənin tərkibində xlorheksidin antiseptiki, 0,2% miqdarda olub. O, damarların genişlənməsinə kömək edən nitriti yaradan bakteriyaları məhv edir. Ağız yaxalanması isə nitritin ağız boşluğunda yaranmasını 90, qanda isə 25% azaldıb.