Qadin.NET / Qafqazın ən böyük nağarası Şəkidə

Qafqazın ən böyük nağarası Şəkidə

 

“Biz Şəkiyə Qafqazın ən böyük nağarasını gətirmişik. Bundan başqa, konsert iştirakçılarını təsəvvür edə bilməyəcəkləri sürprizlər gözləyir.” Bu açıqlama ilə bu gün Şəkiyə qonaq gələn “Natiq” Ritm Qrupunun bədii rəhbəri Natiq Şirinov “Kanal S”ə eksklüziv müsahibəsində çıxış edib.  9 mayda ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə bağlı Şəkidə keçiriləcək möhtəşəm konsert proqramının özəlliklərinə toxunan müsahibimiz konsertdən öncə qrupun şəhər ərazində göstərəcəyi şou-yürüş barədə məlumat verib və bütün şəkililəri, eləcə də qonaqları bu yürüşdə iştiraka dəvət edib.  Qeyd edək ki, musiqili qonaqlar səfər çərçivəsində “Kanal S”də də olublar. Burada onları televiziyanın rəhbərliyi və kollektivi səmimiyyətlə qarşılayıb. Qonaqlara televiziyada yaradılan şərait və iş prinsipi barədə məlumat verilib.

Mənbə:Milli.Az

 

8 may 2014
GO BACK