Qadin.NET / Təhsil Nazirliyi açıqlama verdi

Təhsil Nazirliyi açıqlama verdi

 

Təhsil Nazirliyi açıqlama verdi

Təhsil Nazirliyindən yeni dərs ilinin başlayacağı tarix ilə bağlı açıqlama veriblər. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-in sorğusuna cavab olaraq bildiriblər ki, yeni dərs ilində dərslər sentyabr ayının 15-də başlayacaq. Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, dərs ilinin vaxtının uzadılması məsələsinə hazırda baxılır: "Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək",- deyə Nazirlikdən sorğumuza cavab veriblər. Qeyd edək ki, Təhsil Naziri Mikayıl Cabbarov Azərbaycanda dərs ilinin uzadılmasının səbəbləri açıqlayıb.  Mikayıl Cabbarov müasir təhsil sistemləri ilə müqayisədə Azərbaycan şagirdləri təxminən 8 həftə az tədris keçidiklərini söyləyiib. O, dərs ilinin uzadılmasının iki əsas səbəbi olduğunu söyləyib: “Birincisi, müasir təhsil sistemləri ilə müqayisədə Azərbaycan şagirdləri təxminən 8 həftə az tədris keçirlər. 8 həftə çox uzun müddətdir. Təbii ki, Biz bu mərhələdə dərs ilinin 8 həftə uzadılmasını nəzərdə tutmuruq. Amma dərs ilinin bu qədər qısa olması şagirdin nailiyyətinə, habelə təhsilin keyfiyyətinə mənfi təsir göstərir. Dərs iilinin uzadılmasının digər səbəbisə, dərs ili qısa olduqda eyni fənn və ya akademik proqramların tədrisinin bir günə və ya bir akademik həftəyə salınması şagirdlərin yüklənməsinə gətirib çıxarır Tədris yükünün optimallaşdırılması üçün qəbul edəcəyimiz qərar bu istiqamətdə müsbət təsir göstərəcək”.

Mənbə:Anspress.com

 

8 may 2014
GO BACK