Britaniya avtomobilçiləri yerli AutoExpress dərgisinin hər il keçirdiyi sorğu nəticəsində ən yaxşı avtoistehsalçıları müəyyən ediblər. Bu il keçirilən sorğuda dərginin 50 000 oxucusu 150 avtoistehsalçı arasından seçim edib. 10 göstərici üzrə qalib çex şirkəti Skoda olub. İkinci yeri Jaguar, üçüncü yeri isə çinlilərə məxsus MG tutub. Milli.Az 4charx.com-a istinadən bildirir ki, keçən il keçirilən sorğuda Skoda yalnız Lexus –u özündən irəli buraxaraq ikinci yeri tutmuşdu. Auto Express iki Britaniya markasının – Jaguar və MG – nailiyyətini yüksək qiymətləndirib. Dərgi MG6 modelinin yenidən ən yaxşı modellər sırasına qayıdaraq 150 model arasında 6-cı olmasını xüsusi qeyd edir. MG6 idarəetmə göstəricilərinə görə isə birinci olub. Aşağıda 10 ən yaxşı avtobrendin ümumi reytinqini təqdim edirik.