Qadin.NET / 4 terabaytlıq, ilk...

4 terabaytlıq, ilk...

 

SanDisc şirkəti əsasən korporativ seqment üçün nəzərdə tutulmuş 4 QB həcmində yeni Optimus Max sərtgövdəli daşıyıcısını nümayiş etdirib. Şirkətdən bildirilib ki, ilk dəfədir bu həcmdə SSD disk yaradılıb. Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni disk 2.5 düymlük form-faktorda təqdim edilib və 19 nanometr texnoloji proses üzrə hazırlanmış NAND çiplərinə əsaslanır. Məlumatların ötürülmə sürəti saniyədə 400 MB-a çatır. Yeni SSD daşıyıcının məhsuldarlığı oxuma əməliyyatı zamanı 70000 IOPS (saniyədə giriş-çıxış əməliyyatlarının sayı) və yazma əməliyyatı zamanı 15000 IOPS təşkil edir. Bundan başqa, Optimus Max kifayət qədər aşağı enerji sərfiyyatına malikdir.

Mənbə:Milli.Az

 

8 may 2014
GO BACK