Qadin.NET / Təmas xəttinə yaxın rayonlarda evlənənlərin sayı artır

Təmas xəttinə yaxın rayonlarda evlənənlərin sayı artır

 

Milli.Az EL TV-yə istinadən bildirir ki, ermənilərin təxribatlarına və ərazilərimizi mütəmadi olaraq atəş altında saxlamasına baxmayaraq, təmas xəttinə yaxın rayonlarda toy edənlərin sayı artır. Son 2 ildə Ağdam rayonu üzrə ailə quran gənclərin sayı nəzərəçarpacaq dərəcədə artıb. Ağdam Rayon Qeydiyyat İdarəsinin rəisi Zöhrab Zeynalovbildirib ki, 2013-cü ildə rayonda 1144 nikah bağlanıb. Bu nikahların 139-u Ağdam şəhərinin, 1005-i kəndlərin payına düşüb. Bunlardan da 7 yüzdən çoxu təmas xəttinə yaxın kəndlərdə qeydə alınıb. Bu ilin 3 ayı ərzində isə Ağdamda 376 nikah bağlanıb: "Üç ayın ərzində şəhər üzrə 97, kəndlər üzrə 279 nikah olub”. Ağdam üzrə nikaha girənlər əsasən 19-25 yaş arasında olan  gənclərdir.
Mənbə:Milli.Az

 

7 may 2014
GO BACK