Qadin.NET / Kobud satıcılar sizi də əsəbləşdirirlər? - MÜZAKİRƏ

Kobud satıcılar sizi də əsəbləşdirirlər? - MÜZAKİRƏ

 

Mağazada, restoranda, nəqliyyatda insanlara xidmət etmək vəzifə borcu olan şəxslərin kobudluğu ilə tez-tez qarşılaşırıq. Bu gün geniş seçim imkanlarının olmasına baxmayaraq, istehlakçı hələ də kobud rəftarla üz-üzə qalır.  Hər kəs bu cür rəftara bir cür reaksiya verir. Kimsə belə vəziyyətlə barışır, kimsə də dərinə gedərək münasibətlərə aydınlıq gətirməyə çalışır.  Bəs siz xidmət sahələrində kobudluqla üzləşmisiniz? Belə vəziyyətdə reaksiyanız necə olur?  Milli.Az xəbər verir ki, Day.Az saytının bu suallarına tanınmış xanəndə, Azərbaycanın xalq artisti Alim Qasımov cavab verib.  "Açığını desəm, heç vaxt belə bir vəziyyətlə qarşılaşmamışam. Bəlkə, ona görə ki, məşhur adamam və məni hər kəs tanıyır, ona görə mənimlə ədəbli davranırlar. Cəmiyyətimizdə tərbiyəli və tərbiyəsiz insanlar var. Onlar tək bizdə yox, bütün dünyada var. Hamı yaxşı ola bilməz axı. Son zamanlar hiss edirəm ki, insanlar bir-birilərinə qarşı daha kobud, daha aqressiv olublar. Öz qəzəblərini iş yerlərinə də daşıyırlar. Belə şeylərə sakit yanaşmaq və belə şeylərə əhəmiyyət verməmək lazımdır. Onda hər kəs öz səhvini başa düşəcək", - Alim Qasımov qeyd edib. Oxucularımızın da fikrini bilmək maraqlı olardı.
Mənbə:Milli.Az

 

7 may 2014
GO BACK