Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi KvirikaşviliTürkiyənin nəqliyyat və rabitə naziri Lütfi Əlvan ilə görüşüb.
Trend-in məlumatına görə, Kvirikaşvili görüşdən sonra bildirib ki, Türkiyə tərəfi Mleta-Kobi tunelinin tikintisinə marağını ifadə edərək yeni təşəbbüslərlə çıxış edib. Gürcü nazir deyib: "Bundan əlavə, yolkənarı infrastrukturun tikintisi kimi layihələr var. Eləcə də dənizdə əməkdaşlığın spektri böyükdür". Onun sözlərinə görə, Əlvanla görüşdə yerüstü nəqliyyat məsələləri və onlarla bağlı problemlər də nəzərdən keçirilib.
Mənbə:Milli.Az