Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Məlumata görə, mayın 8-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək, şimal-qərb küləyi əsəcək, mayın 8-nə keçən gecə külək arabir güclənəcək. Sabah gündüzdən başlayaraq külək mülayimləşəcək. Bakıda və Abşeron yarımadasında sabah havanın temperaturu gecə 10-14, gündüz 20-25 dərəcə isti olacaq. Azərbaycanın əksər rayonlarında mayın 8-də hava əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər bəzi yerlərdə güclənəcək. Aran rayonlarında havanın temperaturu gecə 12-17, gündüz 27-32 dərəcə, dağlarda gecə 5-10, gündüz 19-24 dərəcə isti olacaq.
Mənbə:Milli.Az