Qadin.NET / Azərbaycanda on mindən çox yeni iş yeri açılacaq

Azərbaycanda on mindən çox yeni iş yeri açılacaq

 

 

Gəmiqayırma Zavodunda “Şahdəniz-2” üçün çoxprofilli unikal gəmi inşa ediləcək

Bakı. Ramiz Mikayıloğlu - APA-Economics. “Şahdəniz-2” layihəsi çərçivəsində sualtı tikinti işlərinin həyata keçirilməsi üçün yeni, çoxprofilli unikal gəmi inşa ediləcək. APA-Economics”in məlumatına görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayevin “Heydər Əliyev və yeni cəmiyyət modeli” konfransı üçün təqdim etdiyi məruzədə qeyd olunub. R. Abdullayev bildirib ki, həmi gəminin Bakıda ötən il istifadəyə verilmiş yeni Gəmiqayırma Zavodunda tikilməsi planlaşdırılır. ARDNŞ prezidentinin sözlərinə görə, “Şahdəniz-2” layihəsinin iqtisadi əhəmiyyətindən biri də odur ki, layihə üzrə tikinti-inşaat və quraşdırma işlərinin əksər hissəsi Azərbaycanda icra olunacaq. Platforma və sualtı qurğuların inşası üçün Bakıdakı tikinti-quraşdırma sahələrinin texniki və texnoloji imkanları artırılacaq, sualtı əməliyyatların həyata keçirilməsinə xidmət edən bir neçə gəminin texniki və funksional imkanı təkmilləşdiriləcək. R. Abdullayev bildirib ki, ən mühüm məsələ isə ondan ibarətdir ki, “Şahdəniz-2” və Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihələri Azərbaycanda təxminən on mindən artıq yeni iş yerinin açılmasına səbəb olacaq.

Mənbə:Apa.az

7 may 2014
GO BACK