Quba rayonunun Xınalıq kəndində zəlzələ baş verib. ANS PRESS-in AMEA Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 23.44-də Xınalıq ərazisində qeydə alınıb. İlkin məlumata görə, yeraltı təkanlar episentrdə 3.0 bal gücündə hiss olunub. Təbii fəlakət nəticəsində dağıntı və insan tələfatı qeydə alınmayıb. Zəlzələ hiss olunmayıb.
Mənbə:Anspress.com