Azərbaycan "Eurovision-2014" mahnı müsabiqəsinin finalına çıxıb.
Danimarkanın Kopenhagen şəhərində "Eurovision-2014" mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib. Azərbaycanın nümayəndəsi Dilarə Kazımova "Start a Fire" mahnısı ilə həmin müsabiqənin finalında çıxış edəcək. Milli.Az Trend-ə istinadən xəbər verir ki, birinci yarımfinalda Ermənistan, Latviya, Estoniya, İsveç, İslandiya Albaniya, Rusiya, Azərbaycan, Ukrayna, Belçika, Moldova, San-Marino, Portuqaliya, Hollandiya, Monteneqro, Macarıstan təmsilçiləri səhnəyə çıxıblar. Çıxışlardan sonra 15 dəqiqəlik səsvermə keçirilib.
"Eurovision-2014"ün finalı mayın 10-da keçiriləcək.
Mənbə:Milli.Az