Qadin.NET / Bakıda dayanacaqlar hara yoxa çıxır? - FOTO

Bakıda dayanacaqlar hara yoxa çıxır? - FOTO

 

Bakıda dayanacaq müəmmalı şəkildə yoxa çıxıb

Milli.Az xəbər veirir ki, Bakı-Sumqayıt yolu üzərində, "Ekologiya" postuna yaxın yerüstü piyada keçidinin yanında olan dayanacaqlar bir gecənin içində yoxa çıxıblar. Bu barədə sakinlər redaksiyamıza məktub ünvanlayaraq dayanacaqların yenidən yerlərinə qaytarılmasını istəyirlər: "Binəqədi rayonu, Bakı-Sumqayıt yolunda, Ekologiya postuna çatmamış yerüstü piyada keçidi var. Keçid çox gözəl, çox əlverişlidi, amma keçidin hər iki tərəfində dayanacaq yoxa çıxıb. Xahiş edirəm bu məsələni mətbuatda işıqlandırasınız". Məsələ ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Nuridə Allahyarova Milli.Az-a açıqlamasında dayanacaqlar barədə məlumatlı olduğunu bildirib. "Verilən məlumata görə, həmin ərazidə vaxtilə dayanacaqlar olub, amma müəyyən səbəblərdən onlar yerindən çıxarılaraq götürülüb. Dayanacaqları Nəqliyyat Nazirliyi və Rayon İcra Hakimiyyətinin razılaşması ilə lazım olan yerə qoyulur. Orada yenidən dayanacaqların qoyulması haqda araşdırmadan sonra sizə cavab deyə biləcəm".

 Ceyhun Ələkbərov
Mənbə:Milli.Az

 

Bakıda dayanacaqlar hara yoxa çıxır? - FOTO
Bakıda dayanacaqlar hara yoxa çıxır? - FOTO
Bakıda dayanacaqlar hara yoxa çıxır? - FOTO
Bakıda dayanacaqlar hara yoxa çıxır? - FOTO
Bakıda dayanacaqlar hara yoxa çıxır? - FOTO

 

7 may 2014
GO BACK