Qadin.NET / Nokia avtomobillərə 100 milyon dollar yatıracaq

Nokia avtomobillərə 100 milyon dollar yatıracaq

 

Mobil bölməsini ABŞ-ın Microsoft korporasiyasına satan Finlandiyanın Nokia şirkəti avtomobillər üçün mobil texnologiyalar və proqram təminatına investisiya yatıracaq fond təsis edəcək. Bu barədə şirkətin məlumatında deyilir. 100 milyon dolların yatırılacağı fondun pullarına nəzarəti Nokia Growth Partners (NGP) şirkəti həyata keçirəcək. Bu, NGP-in son on ildə Nokia üçün yaratdığı dördüncü vençur fondu olacaq. Son fond nəzərə alınmaqla Finlandiya şirkəti 700 milyon dolları NGP-in idarəetməsinə verib. Milli.Az ICTnews-a istinadən bildirir ki, Nokia artıq HERE servis kartı ilə avtomobillər üçün mobil texnologiyalar bazarında təmsil olunur. NGP naviqasiya servisləri bazasında məhsul və xidmətlərin inkişafını dəstəkləyən layihələrə investisiya yatırmaq məqsədilə HERE ilə tərəfdaşlıqda çalışacaq. Avtomobillər telefon və planşetlərə bənzəyən mobil texnologiyaların tətbiqi üçün yeni platformaya çevrilir, - şirkətin məlumatında qeyd edilir. Microsofta mobil bölməni satdıqdan sonra Nokia üç istiqaməti – NSN (telekommunikasiya avadanlığı istehsalı), HERE (ərazilərin xəritələrinin və geolokasiya servislərinin yaradılması), Advanced Technologiesi (sonradan lisenziyalaşdırılma ilə yeni texnologiyaların hazırlanması) inkişaf etdirməkdə davam edir. Qeyd edək ki, avtomobil mobil texnologiyalarının inkişafı ilə nəhəng smartfon istehsalçısı Apple şirkəti də məşğul olur. 2014-cü ilin martında şirkət multimedia və kommunikasiya imkanlarını, eləcə də iPhone və iPad ilə inteqrasiyanı təmin edən CarPlay servisini təqdim edib. CarPlay ilə təchiz edilən ilk avtomobillərin bu il satışa çıxarılacağı gözlənilir.

Mənbə:Milli.Az

 

7 may 2014
GO BACK