Qadin.NET / Yaddaşı bərpa etmək olacaq?

Yaddaşı bərpa etmək olacaq?

 

ABŞ Müdafiə Nazirliyi yanında perspektiv tədqiqat layihələri İdarəsinin mütəxəssisləri bildiriblər ki, yaddaşını itirmiş şəxslərin yaddaşını bərpa edə biləcək yeni qurğu üzərində işləyirlər. Milli.Az ICTnews-a istinadən bildirir ki, alimlər sözügedən ixtiranın hərbi xarakter daşıdığını gizlətmirlər. Belə ki, qurğu, ilk öncə, bu və ya digər döyüş tapşırıqlarının icrası zamanı yaddaşını itirmiş əsgərlərdə tətbiq ediləcək. Buna görə də qurğunun xüsusiyyətləri hələ ki məxfi saxlanılır; yalnız o məlumdur ki, qurğu hansısa formada hippokampla qarşılıqlı əlaqədə olacaq. Hər halda, amerikalı alimlərin yeni həlli xüsusi əhəmiyyətə malikdir, çünki bu yaxın vaxtlara kimi hesab edilirdi ki, deklarativ yaddaş bərpa olunmur. Əgər qurğu işləsə, gec-tez mülki xəstəxanalarına da əlçatan olacaq.
Mənbə:Milli.Az

 

7 may 2014
GO BACK