Qadin.NET / Ağdaşda gənc istedadların müsabiqəsi keçirilib

Ağdaşda gənc istedadların müsabiqəsi keçirilib

 

Ağdaşda gənc istedadların müsabiqəsi keçirilib

Ağdaş rayonunda gənc istedadların baxış-müsabiqəsi keçirilib. ANS PRESS-in məlumatına görə, aprel ayında Ağdaş rayon Mədəniyyət və Turizm Şöbəsinin Tədbirlər Planına uyğun olaraq Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş "Gənc istedad"ların baxış-müsabiqəsi keçirilib. Müsabiqədə Mədəniyyət və Turizm Şöbəsini əhatə edən bütün mədəniyyət müəssisələri iştirak ediblər.
Rayon mədəniyyət evində müsabiqənin qaliblərinin iştirakı ilə yekun konsert keçirilib. Tədbiri Ağdaş Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Tahir Əliyev açaraq hər il ulu öndərin ad günü ərəfəsində keçirilən və artıq ənənə halını almış müsabiqənin məqsəd və məramı haqqında danışmış və bu tədbirin xüsusilə gənc istedadların üzə çıxmasındakı rolunu qeyd etmiş, ümummilli liderin hakimiyyəti dövründə Azərbaycan mədəniyyətinə göstərdiyi diqqət və qayğıdan və bu ənənənin indi də cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Yüksək səviyyədə təşkil olunmuş tədbirdə mədəniyyət işçilərilə yanaşı Ağdaş rayon icra hakimiyyəti başçısının Təhsil, Səhiyyə və Mədəniyyət üzrə müavini Aynur Novruzova, rayon Gənclər və İdman idarəsinin rəisi Azad Gözəlov, "Ağdaş" qəzetinin redaktoru Tofiq İsmiyev və rayonun ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Sonda müsabiqə qalibləri və öz işlərində fərqlənən mədəniyyət işçiləri Mədəniyyət və Turizm Şöbəsi tərəfindən fəxri-fərmanlar və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

 

Mənbə: Anspress.com

7 may 2014
GO BACK