ran Prezidenti Həsən Ruhani “WhatsApp” sosial şəbəkəsinə qoyulmuş qadağanın aradan qaldırılması barədə göstəriş verib.
Bu barədə İran kütləvi-informasiya vasitələri ölkənin Rabitə və İnformasiya Texnologiyaları Nazirinə istinadən məlumat yayıb.
İranlı nazirin sözlərinə görə, “WhatsApp” zərərli deyil, əxlaq və mənəviyyata da xələl vurmur: “Nə qədər ki, ölkədə bu cür şəbəkələrin alternativi yoxdur, hökumət də onların qarşısını almamaqla bağlı razılaşıb”, - açıqlamada belə deyilir.
Xatırladaq ki, İranda adıçəkilən sosial şəbəkəyə giriş aprelin sonlarında məhdudlaşdırılmışdı.
Mənbə: Anspress.com