Qadin.NET / "Günəşli" yatağındakı 220 nömrəli quyu əsaslı təmirdən sonra

"Günəşli" yatağındakı 220 nömrəli quyu əsaslı təmirdən sonra

 

"Günəşli" yatağındakı 220 nömrəli quyu əsaslı təmirdən sonra

 

Azərbaycanın neft-qaz sənayesində əhəmiyyətli rola malik "Günəşli" yatağında yeni-yeni quyular qazılmaqla yanaşı, fəaliyyətsiz fondda olan quyular da texniki tədbirlər aparılmaqla istismara qaytarılır. Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, yatağın işlənməsini həyata keçirən "28 May" NQÇİ-də bu istiqamətdə ciddi tədbirlər görülür.Bu günlərdə "Günəşli" yatağındakı 15-ci özüldə 220 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.Quyu Fasilə Lay Dəstəsindən 3086-3060 metr intervaldan qaz-lift üsulu ilə sutkalıq 75 ton neft, 18000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Mənbə:Trend.az

6 may 2014
GO BACK