Kanadalı elm adamları insan beyninin ən yaxşı işlədiyi yaşı müəyyən edə biliblər. ANS PRESS-in məlumatına görə, insanın bacarıqlarının maksimuma çatdığı yaş 24-dür. Simon Fraser universitetinin alimlərinin fikrincə, 24 yaşdan sonra insanın əsas bacarıqlarında azalma müşahidə edilir. Amma beyin bu azalmanı ört-basdır etməyi öyrənir. İnsanın bacarıqlarının nə zaman azlmağa başlamasını müəyyən etmək üçün mütəxəsilər minlərlə insan üzərində müşahidə aparıblar. Könülüllər xüsusi hazırlanmış komputer oyunu oynayıblar.
Nəticədə onlar müəyyən ediblər ki, 24 yaşından sonra beynin sürəti yavaş-yavaş azalmağa başlayır. Yaşlı oyuncuların sürəti azalsa da onlar bacarıqlarından daha yaxşı istifadə edə bilirlər.
Mənbə: Anspress.com