Qadin.NET / Swatch və Apple toqquşdular

Swatch və Apple toqquşdular

Bloomberg agentliyi yazır ki, Swatch şirkətlər qrupu tədbir görür ki, Apple öz smart saatlarını iWatch adlandırmasın. 

Nəhəng saat istehsalçısı Swatch artıq iSwatch modelini buraxır və hesab edir ki, Appleın gələcək məhsulunun adı qarışıqlıq yaradacaq. İsveçrə firması Amerika korporasiyası tərəfindən yeni brendin qeydiyyatdan keçirilməsinin qarşısını almaq istəyir. 
Milli.Az ICTnews-a istinadən bildirir ki, Swatchın baş direktoru Nik Xayek deyib ki, şirkət ticarət markasının qeydiyyata alındığı bütün ölkələrdə onun hüququnu qoruyacaq. Hazırda Apple şirkəti iWatch ticarət markasının Yaponiyada qeydiyyat proseduruna başlayıb. Ümumdünya Əqli Mülkiyyət Təşkilatı saytının məlumatına görə, dünyada 50-dən çox şirkət müxtəlif fəaliyyət sahələrində iWatch ticarət markasından istifadə edir.
 Mənbə:Milli.Az

 

6 may 2014
GO BACK