Qadin.NET / Azərbaycanda tikinti işlərində qiymətlər ucuzlaşıb

Azərbaycanda tikinti işlərində qiymətlər ucuzlaşıb

 

Bu ilin I rübündə Azərbaycanda tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,4% ucuzlaşıb

APA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, rüb ərzində yerüstü tikililər bölməsində 0,6% ucuzlaşma, yol və körpü tikintisində isə 0,9% bahalaşma müşahidə edilib. Bu ilin I rübündə yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,7%, sosial təyinatlı binaların tikintisi üzrə 0,4%, istehsal təyinatlı obyektlərin tikintisi üzrə isə qiymətləri 0,7% ucuzlaşıb.
Rüb ərzində yaşayış evlərindən 5 mərtəbəyə qədər yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,4%, 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə 0,8%, sosial təyinatlı binalardan inzibati binaların inşası üzrə 0,1%, ümumtəhsil məktəblərinin tikintisi üzrə 0,5%, istehsal təyinatlı obyektlərdən isə sənaye obyektlərinin tikintisi üzrə qiymətlər 0,7% ucuzlaşıb.
Yol tikintisi üzrə qiymətlər 1,0% bahalaşıb, körpü tikintisi üzrə isə qiymətlər 0,2% ucuzlaşıb.

Mənbə:Milli.Az

 

6 may 2014
GO BACK