Qadin.NET / Bakılı sürücüləri yenilik gözləyir

Bakılı sürücüləri yenilik gözləyir

Bakılı sürücülərin gözlərinin öyrəşdiyi dayanacaq işçiləri (el arasında onlara stoyanşik də deyirlər) artıq olmayacaq. Onları ağıllı texnika əvəz edəcək. Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamına əsasən, Bakıda parkomatlar işləyəcək. 

Həmin avadanlıqların nə vaxt quraşdırılacağı barədə rəsmi məlumat yoxdur. 
Milli.Az-ın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin xüsusi təyinatlı avtomobil nəqliyyatı idarəsinin rəisi Həsən Abdullayev Day.Az-a açıqlamasında bildirib ki, parkomatlar Fransadan gətiriləcək. 
"Gətiriləcək avadanlıqların sayı hələ ki, bəlli deyil. Hazırda həmin məsələ müzakirə olunur. Ancaq onu deyə bilərəm ki, avadanlıqlar mayın axırına qədər paytaxta gətiriləcək. Parkinq qiymətləri isə Tarif Şurasının qərarı ilə müəyyənləşəcək", - o əlavə edib. 
Qeyd edək ki, belə avadanlıqlar artıq bəzi yeraltı dayanacaqlarda istifadə edilir. 

Mənbə:Milli.Az
6 may 2014
GO BACK