Qadin.NET / Gələcəyin materialı təhlükəlidir

Gələcəyin materialı təhlükəlidir

Kaliforniya Universitetinin tədqiqatçıları texnologiyaların əksər sahələrində inqilab vəd edən qrafen materialının təhlükəli olmasını aşkar edərək onun insan sağlamlığına və ətraf mühitə zərərli təsir göstərməsini bəyan ediblər. 

Milli.Az ICTnews-a istinadən bildirir ki, bu yaxınlaradək yeni materialın tətbiqinin ekoloji təsirləri ilə heç kim ciddi şəkildə məşğul olmayıb. Davamlı araşdırmalardan sonra Kaliforniya Universitetinin alimləri qrafenin təhlükəli olması qənaətinə gəliblər. Müəyyən olunub ki, materialın qrunt sularına düşməsi zamanı qrafenin geoksaqonal strukturu parçalanmağa başlayır, mikrohissəciklər sürətlə stabilliyini itirir, pozulur və çox zərərli hesab edilmir. Lakin orqanikliyin və sərtliyin aşağı olduğu su səthində qrafen çirkləndirməsi daha ciddi nəticələrə səbəb ola bilər. Qrafenin molekulyar strukturu elə şəkildədir ki, nanohissəciklərin iti çıxıntıları canlı orqanizm hüceyrələrinin pərdələrini parçalaya bilər ki, bu da onun zəhərli olmasından xəbər verir. Alimlər qrafendən elektronika istehsalında aktiv istifadəyə başlamazdan əvvəl onun xüsusiyyətlərini mümkün qədər diqqətli öyrənməyə çağırır. Bununla belə, bu kəşfin bəşəriyyəti qrafenin geniş istifadəsindən çəkindirəcəyini demək çətindir. Çünki material o qədər unikal xüsusiyyətlərə malikdir ki, onu sadəcə olaraq heç nə ilə əvəz etmək mümkün deyil.
Qeyd edək ki, qrafen poladdan möhkəmdir və çox nazik olduğuna görə ikiölçülü hesab edilir. Qrafen torunun qalınlığı bir atom təşkil edir ki, bu da kağızdan bir milyon dəfə nazikdir. 10 il əvvəl – 2004-cü ildə kəşf edilən qrafen kimyəvi əlaqələrlə birləşdirilmiş karbon atomlarının bir qatından ibarət yüksək elektrik keçirici, davamlı və elastik nanomaterialdır. Bir neçə nanometrlik qalınlığı sayəsində bu material görünən işıq üçün demək olar tam şəffafdır və buna görə mikroelektron qurğularda tətbiq olunmaq üçün çox perspektivli sayılır. Bundan başqa, gələcəkdə materialın əsasında yaradılacaq qurğular zədələrə hazırda istifadə edilən qurğulardan daha davamlı olacaq. Lakin bu, hələ son deyil. Qrafen smartfonun internetə qoşulma sürətini yüz dəfə artıra biləcək. Məsələ ondadır ki, material məlumat axınını müasir smartfonlarla müqayisədə daha sürətli ötürür.
 Mənbə:Milli.Az

 

 
6 may 2014
GO BACK