Qadin.NET / Dilarə Kazımova məşq etdi (FOTO)

Dilarə Kazımova məşq etdi (FOTO)

 

Dilarə Kazımova məşq etdi (FOTO)



 



Mayın 5-də “B and V” Arenanın səhnəsində “Eurovision-2014” mahnı müsabiqəsinin birinci yarımfinalında çıxış edəcək iştirakçıların mətbuat üçün açıq məşqi keçirilib. 

Müsabiqənin iştirakçısı olan 36 ölkədən 16-nın təmsilçiləri arenada bir-birinin ardınca məşq ediblər.
İlk olaraq səhnəyə çıxan “Eurovision-2014” şousunun aparıcıları Liza Ronne, Pilo Asbek, Nikolay Koppel bu mötəbər layihənin tamaşaçılarını salamlayıblar.

Mətbuat nümayəndələri üçün keçirilmiş məşqlərdə Azərbaycan təmsilçisi Dilarə Kazımova 8-ci nömrə altında isveçli Stefan Örnün bəstələdiyi “Start a fire” mahnısını təqdim edib.

Təmsilçimizin şousunda təmiz, ülvi hiss olan sevgidə baş verən dəyişikliklər səhnə performansında təcəssüm olunur. Mahnıda adi qığılcımın böyük bir alov yarada biləcəyindən söhbət açılır.

Məşq zamanı diqqəti cəlb edən əsas məqam səhnə arxasındakı monitorlarda nümayiş etdirilən Danimarkanın müxtəlif bölgələrinin görüntüləri olub. Məşqlərdə, həmçinin yarışmanın final mərhələsi üçün hazırlanmış xüsusi şou da mətbuat nümayəndələrinə təqdim edilib.

Gecə saatlarında isə tamaşaçıların iştirakı ilə yarışmanın birinci yarımfinalında iştirak edəcək 16 ölkə təmsilçilərinin əsas məşqi olacaq.

Mayın 6-da Bakı vaxtı ilə gecə saat 00.00-da “B and V” Arenanın səhnəsində müsabiqənin yarımfinal final şousu başlayacaqdır.

 

 

Dilarə Kazımova məşq etdi (FOTO)

 

Dilarə Kazımova məşq etdi (FOTO)

 

Dilarə Kazımova məşq etdi (FOTO)


Mənbə:Anspress.com

6 may 2014
GO BACK