TechCrunch nəşri yazır ki, Apple enerji səmərəli işıq diodu panellərinin istehsalı ilə məşğul olan LuxVue şirkətini satın alıb. Razılaşmanın dəyəri açıqlanmır. Apple şirkətinin mətbuat xidməti məlumatı təsdiqləyib.
Milli.Az ICTnews-a istinadən bildirir ki, LuxVue şirkəti 2009-cu ildə təsis edilib və bu vaxt ərzində təxminən 43 milyon dollar məbləğində investisiya toplayıb.
Ehtimal ki, LuxVue şirkətinin həlləri Appleın gələcək məhsullarında istifadə ediləcək. Ağla gələn ilk fikir daşınan iWatch cihazdır ki, enerji səmərəli işıq diodlarının tətbiqi ağlabatan görsənir.
Mənbə:Milli.Az