Qadin.NET / “Mona Liza” 3D olarsa

“Mona Liza” 3D olarsa

 

“Mona Liza” 3D olarsa


Almaniyanın Bamberq universitetinin mütəxəssisləri əfsanəvi “Mona Liza” portretinin Luvrda saxlanılan orijinal variantı və “Prado” tərəfindən aşkarlanmış köhnə nüsxəsi üzərində çalışırlar.
Onların fikrincə, rəsmləri bir yerə yığsaq, stereoskopik rəsm 3D alınacaq. Klaus-Kristian Karbon bildirir ki, 2 rəsm arasında nəzərəçarpan fərqlər var. Cakondanın "Prado" variantında onun əyləşdiyi stulu görmək mümkündür. 
Science News nəşrinin məlumatına görə, Da Vinçi həqiqətən də monokulyar və binokulyar görmə barədə yazıb, gözlərin anatomiyası, əksi də daxil olmaqla, optikanın aspektlərini öyrənib və rəngli işıq mənbələri ilə eksperiment edib. Ancaq onun düşünərək stereoskopik rəsm çəkdiyi və ya bunun təsadüfən alındığı hələ ki, məlum deyil.

Mənbə:Anspress.com

 

5 may 2014
GO BACK