Qadin.NET / SQ-in motoatıcı taborunun təlimi(FOTO)

SQ-in motoatıcı taborunun təlimi(FOTO)

SQ-in motoatıcı taborunun təlimi(FOTO)

Təlimlərində Silahlı Qüvvələrin 900 nəfərə yaxın şəxsi heyəti, 100-dək hərbi texnikası və 4 ədəd helikopteri cəlb olunub

Mayın 5-də Bakı şəhərində Azərbaycan Respublikasının NATO qüvvələri ilə yüksək səviyyəli uyarlığa nail olmaq məqsədilə Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə təlimi başlayıb. 
ANS PRESS-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telim Qaraheybət Təlim Mərkəzində keçirilib.
Təlimlərində Silahlı Qüvvələrin 900 nəfərə yaxın şəxsi heyəti, 100-dək hərbi texnikası və 4 ədəd helikopteri cəlb olunub.
Təlimlərin qərargah və taktiki əməliyyat mərkəzində praktiki fəaliyyət göstərən motoatıcı taborun şəxsi heyətinin 5 sahə üzrə beynəlxalq və milli müşahidəçilər tərəfindən qiymətləndirilməsi həyata keçiriləcəkdir.
Təlimlər mayın 8-dək davam edəcək.

SQ-in motoatıcı taborunun təlimi(FOTO)

SQ-in motoatıcı taborunun təlimi(FOTO)

SQ-in motoatıcı taborunun təlimi(FOTO)

Mənbə:Anspress.com
 
5 may 2014
GO BACK