Prezident İlham Əliyev Azərbaycan Prezidentinin 2006-cı il 19 aprel tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, fərmana əsasən, fövqəladə hallar nazirinin müavinlərinin sayı dörddən altıya çatdırılıb.
Prezident İlham Əliyev, həmçinin Teymur Ramiz oğlu Mehdiyevin vəTapdıq Əhliman oğlu Əmiraslanovun Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin müavini təyin edilməsi haqqında müvafiq sərəncamlar imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə T.Mehdiyevə general-mayor ali hərbi rütbəsi verilib.
Mənbə:Milli.Az