Qadin.NET / Azərbaycandakı rusdillilərin imtahanının nəticələri açıqlandı

Azərbaycandakı rusdillilərin imtahanının nəticələri açıqlandı

 


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası rus bölməsi abituriyentləri üçün mayın 4-də "Azərbaycan dili" fənni üzrə keçirdiyi imtahanın nəticələrini açıqlayıb.

Trend TQDK-nın saytına istinadən bildirir ki, imtahan nəticələri komissiyanın saytında yerləşdirilib.
İmtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Lənkəran, Şirvan və Xaçmaz şəhərlərində keçirilib.
Qeyd edək ki, rus bölməsinin abituriyentləri üçün "Azərbaycan" dili fənni üzrə ikinci imtahan iyulun 3-də keçiriləcək.
Mənbə:Milli.Az

 

5 may 2014
GO BACK