Qadin.NET / Bakıda hansı xəstəliklər daha çox yayılıb?

Bakıda hansı xəstəliklər daha çox yayılıb?

 

Bakı sakinləri arasında həyata keçirilən icbari dispanserizasiya zamanı ən çox aşkarlanan xəstəliklərin adları açıqlanıb

Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəis müavini Rauf Nağıyev Trend-ə bildirib ki, ölkə Prezidentinin sərəncamı ilə həyata keçirilən icbari dispanserizasiya zamanı Bakı sakinləri arasında daha çox ürək-qan damar sistemi, endokrinoloji, sinir sistemi, mədə-bağırsaq, tənəffüs sistemi və göz xəstəlikləri rast gəlinib.
Ümumilikdə icbari dispanserizasiya zamanı Bakıda 1 249 000 nəfər tibbi müayinədən keçib. Onlardan 95 521 nəfərdə xəstəlik aşkarlanıb. Bakıda müayindən keçən 5 292 xəstə xəstəxanaya yerləşdirilib. Dispanserə qeydiyyata götürülən 4 130 nəfər sağalaraq evə buraxılıb. Əlavə müayinələrə 376 395 nəfər cəlb edilib.
R.Nağıyev deyib ki, müayinələr yaşı 18-dən yuxarı olan insanlar arasında aparılıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq tapşırığına əsasən, fevralın 17-dən mayın 1-dək ölkəmizdə bütün vətəndaşların ödənişsiz tibbi müayinəsi aparılıb. Əhalinin sağlamlığının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkara çıxarılması və insanların vaxtında müalicəyə cəlb olunması məqsədi daşıyan icbari dispanserizasiyada 18 yaşdan yuxarı Azərbaycan vətəndaşları iştirak ediblər.

Mənbə:Milli.Az

 

5 may 2014
GO BACK