Qadin.NET / "Mourinyo futbol üçün böyük təhlükədir"

"Mourinyo futbol üçün böyük təhlükədir"

 

 

Danimarka millisinin baş məşqçisi Morten Olsen maraqlı fikirləri ilə diqqət çəkib. 
Milli.Az-ın qol.az-a istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis "Çelsi"nin baş məşqçisi Joze Mourinyonun oyun taktikasını tənqid edib: 
"Məncə, Mourinyo futbol üçün böyük təhlükədir. Əgər bir çox məşqçi onun taktikasını oğurlasa, futbol öləcək. Təsəvvür edin ki, bütün komandalar müdafiə futbolu oynayır. Əgər belə olarsa, mən futbola baxmaqdan imtina edərəm. Futboldansa, maraqlı kinoya baxaram və ya meşədə gəzintiyə çıxaram. Mənim əlimdə imkan olsaydı, "Çelsi" tamamilə fərqli futbol oyun nümayiş etdirərdi. Ancaq Mourinyonun komandası yalnız müdafiədən oynamağa qadirdir".
Mənbə:Milli.Az

 

5 may 2014
GO BACK