Qadin.NET / 116 il yaşamaq üçün nə etməli?

116 il yaşamaq üçün nə etməli?

 

116 il yaşamaq üçün nə etməli?

 

Dünyanın ən yaşlı insanının Peruda yaşadığı iddia edilir. ANS PRESS-in məlumatına görə, Filomena Taipe Mendozanın 116 yaşı var. And dağlarında yaşayan qadın dünyanın ən yaşlı sakini adını daşıyan yaponiyalı Misao Okavadan 3 ay böyükdür. 
Peru İnkişaf və Sosial Nazirliyi rəsmiləri Mendozanın 20 dekabr 1897-ci ildə doğulduğunu müəyyən ediblər. 
Qadın hamını maraqlandıran suala cavab verib və uzunömürlülüyün sirrini açıqlayıb. 
Onun sözlərinə görə, belə uzun yaşamasını təbii qidalanmaya borcludur. "Həmişə kartof, keçi əti, qoyun südü, keçi pendiri və lobya yeyirəm. Bişirdiyim hər şey öz bağımdan bitir. Qutulardakı qazlı içkilərdən heç vaxt dadmamışam". 
Qadının bir problemi var ki, bu da dişlərinin olmamasıdır. Mendoza uzun həyatı boyu bir çox çətinliklərə sinə gərdiyini deyib. "Çox çətin həyatım olub. 9 uşağımla gənc yaşda dul qalmışam. Onları böyütmək üçün çox çalışdım. Onlardan ancaq 3-ü sağdır".

 

Mənbə:Anspress.com
5 may 2014
GO BACK