Ötən gecə Göyçay, Şamaxı, Qəbələ və İsmayıllı rayonlarına yağan yağış və dolu kənd təsərrüfatına ciddi ziyan vurub. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, güçlü yağışla bərabər yağan dolu son nəticədə ağır fəsadlara yol açdı. Bəzi bölgələrdə 30, bəzilərində 40 dəqiqə davam edən davam edən dolu qoz və yumurta boyda olub. Davamlı aramsız yağan yağış son nəticədə kənd təsərüfatına böyük zərər vurub. Dolu taxıl məhsullarına ziyan vurub və meyvə ağaclarını meyvələrini məhv edib. Yağan dolu evlərin dam örtüyünə ziyan vurub, xüsüsən əkin sahələrinə və bağlarda meyvə ağaclarına ciddi ziyan vurub.
Şamaxıda bir anda başlayan göy gurultusu və ildırım ardınca güclü dolu yağıntısı ilə müşahidə olunub. Ani başlayan dolu bir anda güclənib. Dolu dənələri 2.5 sm böyüklüyündə olub. 8 dəqiqə davam edən dolu Şamaxıda həyatı iflic edib. Əhali arasında qorxu və həyacan yaşanıb. Evlərin dam örtüyü ziyan dəyməyib. Kənd təsərrüffatına da ağır zərbə vuran dolu meyvəçiliyin məhvinə səbəb olub. Dolu güclü leysanla əvəz olunub. Ən çox yağntı isə Qəbələ rayonu ərazisində qeydə alınıb. Rayonlarda elektrik enerjisinin verilişində problemlər yaranıb. Bəzi kəndlərə enerji verilişi dayandırılıb. Təsərrüfatlara dəyən ziyanın miqdarı hələlik dəqiq bilinmir.
Hazırda Rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri sakinlərlə görüşərək, onların şikayət və təkliflərini dinləyir.
anspress.com