Mayın 5-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Milli.Az AzərTAc-a istinadən bildirir ki, Bakıda və Abşeron yarımadasındahavanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Temperaturun gecə 10-14° isti, gündüz 22-27° isti, Bakıda gecə 11-13° isti, gündüz 24-26° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 757 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcəyi, temperaturun gecə 8-13° isti, gündüz 25-30°, bəzi yerlərdə 33° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 6-11° isti, gündüz 19-24° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarındaəsasən yağmursuz keçəcəyi, temperaturun gecə 9-14° isti, gündüz 25-30° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında gün ərzində əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq.
Havanın temperaturunun gecə 8-13° isti, gündüz 23-28° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 10-15° isti, gündüz 25-30°, bəzi yerlərdə 33° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gün ərzində əsasən yağmursuz keçəcək, səhər dağlarda duman olacaq. Havanın temperaturunun gecə 10-15° isti, gündüz 24-29° isti, dağlarda gecə 6-11° isti, gündüz 19-24° isti olacağı gözlənilir.