Ritm və akkordların, tonallığın müxtəlifliyi qadınları daha çox ehtiraslandırır, nəinki monoton musiqi.
Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, Sasseks Universitetinin mütəxəssisləri bu qənaətdədirlər.
"Fertilliyin maksimum həddə çatdığı menstrual dövrdə qadınlar onları daha mürəkkəb musiqi ilə sevindirən kişiləri seçirlər", - onların araşdırmasında deyilir.
Eksperiment zamanı qadınlara 4 musiqi pyesi təqdim edilib və onlar arasından ən sadəsi və mürəkkəbini seçmək təklif edilib. Sonra isə onlardan soruşublar ki, bu musiqilərin müəlliflərinin hansıyla uzunmüddətli münasibət qurar, yaxud da hansıyla bir gecəlik intim əlaqədə olardılar.
Fertilliyin ən yuxarı həddində qadınlar intim əlaqə üçün ən mürəkkəb pyeslərin müəlliflərini seçiblər. Uzunmüddətli əlaqələr üçünsə pyesin mürəkkəbliyinin elə bir əhəmiyyəti olmayıb.
Mütəxəssislər bunu belə izah edirlər ki, qadınlar ən yaxşı geni olan kişiləri seçirlər, mürəkkəb musiqinin müəllifləri isə bir qayda olaraq yüksək intellekt sahibləridir. Təbii, belə musiqini anlayanlar da onlardan geri qalmırlar.