Qadin.NET / Bakının mərkəzi küçələrindən birinin adı dəyişdirildi

Bakının mərkəzi küçələrindən birinin adı dəyişdirildi

Bakının mərkəzinə ən yaxın qəsəbə olan Bayılın mərkəzi küçəsinin adı dəyişdirilib. Lent.az-ın məlumatına görə, qəsəbədəki Qurban Abbasov küçəsinin adı dəyişdirilərək Neftçi Qurban edilib. Artıq yeni adı özündə əks etdirən lövhələr də küçə boyunca divarlara bərkidilib.
 Qeyd edək ki, 2012-ci ildə Dövlət Bayraq Meydanının yaxınlığından 8 zolaqlı yol çəkilənə kimi avtomobillər Bakının mərkəzinə cənub istiqamətindən məhz Qurban Abbasov küçəsi ilə daxil olurdu.

Mənbə:Milli.Az

 

5 may 2014
GO BACK