İlk aylarda ana südünün az olması xroniki iltihab xəstəliklərinin yaranmasına və vaxtından əvvəl ölümə yol açır.
Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, mütəxəssislər 24-32 yaşlı 7000 insanı tədqiq ediblər. Məlum olub ki, ana südü orqanizmdə iltiabi proseslərin əsas göstəricisi olan C-reaktiv zülalın (CRP) səviyyəsinə təsir edir. Bu proseslər isə daha çox ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur.
Mütəxəssislər müəyyən ediblər ki, ana südü ilə uşağı 3 ay əmizdirmək həmin zülalın səviyyəsini 20%, 3 aydan 6 ayadək - 26,7% azaldır.
6 aydan 12 ayadək südlə qidalanan uşaqlarda CRP səviyyəsi 29,6%, 12 aydan yuxarı isə 29,8% azalır.
Mənbə:Milli.Az